سئودیره بیلمه دیم اؤزومو سنه
دلی کیمی سئودیم گوزل دلینی
گول وئردیم یاندیریب یاخدی الینی
سئچیب جومله لرین عن گوزلینی
تیترییب سؤیله دیم سؤزومو سنه
سئودیره بیلمه دم اوزومو سنه
حسرتی ووصالی قوشا سئودیردیم
اوشوین اینیمی قیشا سئودیردیم
یالین آیاغیمی داشا سئودیردیم
تانیدا بیلمه دیم ایزیمی سنه
سئودیره بیلمه دم اوزومو سنه
آلیشیب یاناردیم کؤز ایسته سیدین
بیر نغمه اولاردیم سؤز ایسته سیدین
منی گؤرمک اوچون گؤز ایسته سیدین
کور قالیب وئره ردیم گؤزومو سنه
سئودیره بیلمه دم اؤزومو سنه
سنه هر مکتوبو یازدیم قانیملا
روحوملا ، حیسسیمله هیجانیملا
سئوینجله اولردیم اگر بونونلا
باغیشلاسایدیم من عومرومو سنه
سئودیره بیلمه دم اوزومو سنه
Sevdirə bilmədim özümü sənə
Dəli kimi sevdim gözəl dəlini,
Gül verdim,yandırıb-yaxdı əlini,
Seçib cümlələrin ən gözəlini
Titrəyib söylədim sözümü sənə,
Sevdirə bilmədim özümü sənə...
Həsrəti,vüsalı qoşa sevdirdim,
Üşüyən əynimi qışa sevdirdim,
Yalın ayağımı daşa sevdirdim,
Tanıda bilmədim izimi sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım göz istəsəydin,
Bir nəğmə olardım söz istəsəydin.
Məni görmək üçün göz istəsəydin
Kor qalıb,
verərdim gözümü sənə:
Sevdirə bilmədim özümü sənə.
Sənə hər məktubu yazdım qanımla,
Ruhumla,hissimlə,həyəcanımla,
Sevinclə ölərdim,
əgər bununla
Bağışlasaydım mən
ömrümü sənə:
Sevdirə bilmədim özümü sənə.




